BMW konserni komandası üçün alıcı tapıb

BMW konserni rəsmən elan edib ki, Qadbak İnvestments fondu BMW Sauber komandasını almağa razılıq verib, bu barədə şirkət reliz yayıb… […]

BMW konserni rəsmən elan edib ki, Qadbak İnvestments fondu BMW Sauber komandasını almağa razılıq verib, bu barədə şirkət reliz yayıb…

Relizdə deyilir: “BMW AG sevinclə xəbər verir ki, İsveçrədə mənzil qərargahı olan, Avropanın və Yaxın Şərqin bəzi ailələrinin maraqlarını təmsil edən Qadbak İnvestments Ltd fondu BMW Sauber komandasını almağa razı olub. Müqavilə bu gün imzalanıb.

Beləliklə, Hinvildə yerləşən komanda üçün böyük sərmayədar tapılıb. Qadbak-ın komandada maraqlarını isveçrəli Lionel Fişer təmsil edəcək.

BMW Sauber-ə və Qadbak-ə uğurlar arzulayır, həm 2010-cu ildə, həm də gələcəkdə.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*