16 Dekabr 2019, Bazar ertəsi - 00:44

Pirelli 2012-ci il mövsümü üçün yeni təkərləri təqdim edib (video)

Pirelli 2012-ci il mövsümü üçün yeni təkərləri təqdim edib (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:56 - 29 Yanvar, 2012

Bu gün Abu Dabidə Pirelli şirkəti 2012-ci il mövsümü üçün hazırladığı yeni təkərlərin təqdimatını keçirib. Yeni təkərlər daha nəzərəçarpacaq rəngli […]

Bu gün Abu Dabidə Pirelli şirkəti 2012-ci il mövsümü üçün hazırladığı yeni təkərlərin təqdimatını keçirib. Yeni təkərlər daha nəzərəçarpacaq rəngli markalanma ilə seçilirlər, bundan başqa keçid və yağış təkərləri Cinturato adlandırılıb (Formula1-də 50-ci illərdə istifadə olunan Pirelli təkərləri bu cür adlanırdı).

pirelli-3
Əslən təkərlərin markalanması da bir qədər dəyişib. Sliklərdə əvvəlki rənglər saxlansa da (SuperSoft – qırmızı, Soft – sarı, Medium – ağ, Hard – gümüşü), Hard tərkibindən başqa digər təkərlərdə markalanma daha qabarıq və böyük olacaq.

Pol Hembri, Pirelli Motorsport: “Biz markalanmanı nəzərəçarpacaq etmək qərarına qədik. Gümüşü təkərləri əvvəlki kimi saxlamaqla onları Mediumdan seçmək asan olacaq. Yəni əgər təkərin yan tərəfi qara görünsə, deməli Hard tərkibidir. Ağ, sarı və qrımızı rənglər isə keçən mövsümdə də özlərini doğrultmuşdular.”

pirelli-1
Pirelli yağış təkərlərinin markalanmasını tam dəyişib: yağış təkəri açıq göy, keçid təkəri isə açıq yaşıl rənglə işarə olunacaq.

pirelli-2
Pol Hembri: “Komandalar keçən il olduğu kimi dörd tərkibdə sliklərdən istifadə edəcəklər, amma onların xarakteristikaları bir-birinə çox yaxındır və daha yüksək asfalta ilişmə təmin etməlidirlər, eyni zamanda daha yüksək yüklənmələrə davam gətirməlidirlər. Tərkiblər arasındakı sürət fərqi də keçənilki kimi kəskin olmayacq.”

Sonda oxucularımıza şirkətin keçən il təqdim etdiyi təkərlərin də şəklini veririk, özünüz markalanmanı müqayisə edin…

pirelli-2011


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər
Paylaş

logo