B.Ekklstoun Moslinin istefasına işarə edib?

Bu gün sərbəst yürüşlər zamanı elə təəssürat yaranmışdı ki, trasda baş verənlər çoxsaylı mətbuat işçilərini heç maraqlandırmırdı, onlar yalnız FİA […]

Bu gün sərbəst yürüşlər zamanı elə təəssürat yaranmışdı ki, trasda baş verənlər çoxsaylı mətbuat işçilərini heç maraqlandırmırdı, onlar yalnız FİA prezidenti Maks Mosli və Formula1-in kommersiya başçısı Berni Ekklstounun ovuna çıxmışdlar. Maks Mosli Silverstouna gələn kimi dünyanın bütün böyük teleşirkətlərinin çəkiliş qrupları onun üstünə cumubar, amma FİA prezidenti heç bir şərh vermədən Berni Ekklstounun şəxsi motorhoumuna yönəlib. Eyni vəziyyət yarım saat sonra Mosli ordan çıxdıqda baş verib, bu dəfə Mosli FİA-nın rezidensiyasına yollanıb. Sessiyanın sonuna yaxın Ekklstoun pit-leynə çıxıb, əlbəttə, kamera və mikrafonların sıx əhatəsində.

Hamını yalnız bircə sual düşündürüb: FOTA-nın gecə elan etdiyi alternativ çempionatın təşkili planları barədə o nə düşünür? Berninin cavabı qısa olub: “Bu barədə siz Maksdan soruşmalısınız. Məncə, vəziyyəti belə xarakterizə etmək olar: geriyə gələcəyə.”

Çox güman ki, o 1981-ci il böhranını nəzərdə tutur, o zaman hər şey FİA prezidenti Jan Mari Malestrin istefası ilə başa çatmışdı. Bəlkə Ekklstoun işarə edir ki, böhran eyni şəkildə başa çata bilər, yəni Moslinin istefası ilə. Xatırladaq ki, bu yaxınlarda məşhur britaniyalı jurnalist və yeni US F1 komandasının idman direktoru Piter Uindzor müsahibələrinin birində bu mövzuya toxunmuşdu…

Piter Uindzor: “Hazırkı vəziyyət mənə 1981-ci ili xatırladır, bu Formula1-də komandalar və FİA arasındakı son qarşıdurma idi. Bir tərəfdən Ferrari və FİA, digər tərəfdən isə Britaniya komandaları qarşı-qarşıya durmuşdular. Maraqlıdır ki, o zaman problemin həlli federasiya başçısını istefaya göndərməkdə idi, o zaman federasiyaya fransalı Jan Mari Balestr başçılıq edirdi. Onu daha obyektiv və ədalətli olan britaniyalı Maks Mosli əvəz etdi. İndi isə bütün komandalar elə həmin Mosliyə qarşı ayağa qalxıblar, qəribə təsadüfüdr?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*