FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Valensiyada istifadə zonasını təyin edib – keçən ildən fərqli olaraq, bu dəfə trasda bir ötmə zonası olacaq: ötmə zonası arxa düzlükdə, asma körpüdən sonra başlayacaq.
İki maşın arasındakı interval 1-ci sektorun sonunda, 8-ci döngəyə 132 metr qalmış ölçüləcək, əgər bu interval 1 saniyədən az olarsa, onda körpüdən, 10-cu döngədən 215 metr sonra arxada olan sürücü DRS-i aktivləşdirmək imkanı əldə edəcək…