S.Fettel Ferstappenə azarkeşlik edəcək

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mixael Şumaxerə görə Maks Ferstappenin çempion olmasını istəyir.

F-1.az xatırladır ki, Maks Ferstappenlə Lyuis Həmilton son Əbu dabi yarışına bərabər xallarda gəlirlər. Lyuis çempion olacağı halda, 8-ci titulunu əldə etmiş olacaq və bu statistikada Mixael Şumaxeri geridə qoyaraq, birinci yerə yüksələcək.

Sebastyan Fettel: “Mixael mənim qəhrəmanımdır. Buna görə də Lyuisin qazanmağını istəmirəm. Ancaq ikisi də yaxşı mövsüm keçirdilər və layiqdirlər.

Mixaelin rekordu qırılmasa, xoşbəxt olaram. Lakin Lyuis çempion olsa belə, Mixael yenə idmanın bir nömrəsi olaraq qalacaq. Lyuis bundan sonra 5 dəfə də çempion olsa, mənim üçün heç nə dəyişməyəcək.

Lyuislə aram yaxşı olsa da, Mixaelə görə Maksın tərəfini tutacam. Özünə də bunu dedim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*