J.Vilnöv: “Alonso qürurunun cəzasını çəkir”

Eks F1 sürücüsü Jak Vilnöv bildirib ki, Alonso hazırda qürurunun cəzasını çəkir...

F-1.az xatırladır ki, Fernando Alonso Ferrari-də 5 il çıxış edib. İspaniyalı sürücü çempionluğu iki dəfə son yarışda əldən verib və 2014-cü ilin sonunda McLaren Honda komandasına transfer olub.

Amma Ferrari komandası 2015-ci ildə 3 yarış qazandığı halda, Mclaren Honda ən zəif ikinci komanda olub.

Vilnöv eks komanda yoldaşı Fernando Alonso barədə fikirlərini bildirib: “Verdiyi qərar çox riskli idi, amma ildə 30 milyon qazandığını fikirləşsək, ona yazıq deyə bilmərik.

O məbləğə heç bir sürücü yox deməz, amma Alonso Ferrari-yə acıq etməsinin cəzasını çəkir.

O deyir ki, mən doğru seçim etmişəm, amma mən inanmıram ki, o elə düşünür. Fettel Ferrari-yə xoşbəxtlik gətirdi. Komandaya ondan çox xeyir verir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*