S.Fettel: Heç nəyi dəyişmərəm

Ferraeri komandasının sabiq sürücüsü Sebastyan Fettel bildirib ki, geriyə dönmə şansı olsa, heç nəyi dəyişməzdi.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2015-2020-ci illərdə Ferrari-də çıxış etmiş və iki dəfə çempionluq uğrunda mübarizə aparmışdı.

Sebastyan Fettel: “Gözəl dövrlərim oldu. İtaliya ilə, italyanlarla və Ferrari ilə doğmalığım var. Buna görə də onlar üçün yarışmaq xüsusi idi. Bir yerdə gözəl xatirələrimiz oldu və çoxlu dostlar qazandım.

Statistika cəhətdən uğursuz oldum, çünki hədəfim Dünya Çempion olmaq idi. Bacarmadım. Lyuis və Mercedes çox güclü idilər və onları məğlub edə bilmədim. Buna görə də bir neçə dəfə ikinci olduq. Amma peşman deyiləm və çox şey öyrəndim. Geriyə qayıdıb heç nəyi dəyişməzdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*