R.Kubitsanın şturmanı qəza barədə danışıb (video)

Robert Kubitsanın dünən səhər rallidə uğradığı qəza zamanı başlıca və faktiki olaraq yeganə şahidi onun şturmanı Yaqub Gerber olub. Bazar […]

Robert Kubitsanın dünən səhər rallidə uğradığı qəza zamanı başlıca və faktiki olaraq yeganə şahidi onun şturmanı Yaqub Gerber olub. Bazar günü polşalı şturman mətbuta heç bir açıqlama verməsə də, bu gün jurnalistlərə yarışın birinci sürətli sahəsinin beşinci kilometrində baş verənləri danışıb…

Yaqub Gerber: “Biz bilirdik ki, asfalt yüksək rütubət üzündən sürüşkən olacaq və buna hazır idik. Maşının dar döngədən əvvəl əylənmədə arxası yüngülcə qaçdı, metal qoruyucu baryerə dirənərək sürüşməyə başladıq. Seksiyanın biri qurtaranda yeni başlayan seksiya maşına qabaqdan girdi.

Maşını dəlib arxadan çıxdı və mən dərhal başa düşdüm ki, vəziyyət ciddidir. Robertin başı sükana dəymişdi, gözünün altı göyərmişdi. O huşunu itirdi, mən tərəfdən qapı açılmadı və mən pəncərədən bayıra tullandım.

Təcili yardım maşını hadisə yerində dərhal gəldi, onun ardınca yanğınsöndürənlər gəldilər. Birinci briqadanın Roberti maşından çıxartmaq üçün avadanlığı olmadı, yarım saat ikinci briqadanı gözlədik. Roberti çıxardıq, həkimlər lazımi tədbirlər gördülər, amma bu zaman helikopter hadisə yerinə enə bilmirdi. Ona görə də Robertin yerini dəyişməli olduq – bu da vaxt apardı.”

Kubitsadan bir dəqiqə sonra yarışda start almış Mauro Moreno hadisə yerinə birinci çatanlardan olub, o gördüklərini belə xatırlayıb: “Hər şey dəhşətli görünürdü. Mən bir neçə dəfə Kubitsanı adı ilə çağırdım, amma o, cavab vermədi. Polad boru xətçbeki deşib arxadan çıxmışdı. Şturman əli ilə mənə hər şeyin qaydada olmasını göstərdi və mən yenə də Robertə tərəf döndüm – xeyri olmadı. O huşsuz vəziyyətdə idi və mənim suallarıma cavab vermirdi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*