13 Dekabr 2018, Cümə axşamı - 19:31

L.Həmilton: “Ferrari-ni keçmək mümkünsüzdür”

L.Həmilton: “Ferrari-ni keçmək mümkünsüzdür”

Müəllif: Rauf Hacıyev, redaktor

12:43 - 14 Aprel, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarışda Ferrari ilə mübarizə aparmaq çox çətin olacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücü Çində sıralanma turunda əzəli rəqibi Fetteldən 0.6 saniyə geridə qalaraq 4-cü olub. Bundan başqa dördqat Dünya Çempionu ardıcıl ikinci dəfə komanda yoldaşı Bottasdan geri qalıb.

Lyuis Həmilton: “Çində ötmə etmək üçün şərait var və buna görə ümidliyik. Lakin Ferrari komandası düzlükdə çox sürətlidir. Çox çətin yarış olacaq. Havanın isti olması gözlənilir və bu hal Ferrari-nin xeyrinədir. Hazırda onlara yarım saniyə uduzuruq və bu fərq birdən aradan götürülə bilməz. Əlimizdən gələni edib onları qabaqlamaq istəyirik. Sözün açığı, bilirəm ki, asan olmayacaq. Bəhreyndə Medium təkərlərlə sürətli olsaq da, ötmə edə bilmədik. Çində də eyni halın təkrarlanmasını gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 111
Teqlər , , , ,
Paylaş

logo