Alfa Romeo-nun yeni bolidi C42 adlanacaq

Alfa Romeo komandasının 2022-ci il bolidi C42 adlanacaq

F-1.az bildirir ki, İtaliya komandası daha əvvəl qeyd etmişdi ki, 2022-ci il bolidlərinin adı C40 olacaq. Bunun səbəbi C40 adının 2021-ci il bolidinə verilməsi idi. Lakin 2021-ci ildə yeni reqlamentin təxirə salınması və 2020-ci şassilərinin daha bir il istifadə olunmasına görə C40 adından imtina edilmiş və əcəzinə C41 adı istifadə olunmuşdu.

Hamı düşünürdü ki, C40 adı 2022-ci ileə istifadə olunacaq. Amma komanda C40 adını bir kənara atmağı qərara alıb və yeni bolidi C42 adlandırıb. Beləliklə, komandanın tarixində C40 adı olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*