K.Rəykkönen yeni maşınlara öyrəşib

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, V6 hibrid mühərriklər artıq V8 mühərrikləri xatırladır.

F-1.az xatırladır ki, Formula1-də 2006-2013-cü illərdə V8 mühərriklərdən istifadə edilib. 2014-cü ildən etibarən isə V6 turbo mühərriklərə keçid edilib.

Kimi Rəykkönen: “2014-cü ildə yeni mühərriklərə keçmək böyük fərq yaratdı. Çünki hər şey yeni idi və fərqli işləyirdi. Bundan başqa maşınlarda hər şey çox mürəkkəb idi. Ferrari də 2013-cü ildəkinə nisbətən çox zəif idi. Problem təkcə mühərrik deyildi. Amma hazırda vəziyyət V8 dövründən fərqli deyil. Hər şey yaxşı işləyir. Səs fərqli olsa da, sürüş tərzi eynidir. Fərqli bir şey etmirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*