Bottas vətənində tənqid edilib

Finlandiyalı sürücünün builki çıxışı ölkəsinin mətbuatında heç də yaxşı qiymətləndirilməyib.

F-1.az xəbər verir ki, bir müddət əvvəl İltalehti qəzeti Valtteri haqqında keçmiş mühəndis, indiki şərhçi Ossi Oykarinen, eləcə də keçmiş yarışçı, hazırda ekspert kimi fəaliyyət göstərən Toni Vilanderin hazırda Alfa Romeo-da çıxış edən Valtteri Bottas barədə ifadələrinə istinad edən məqalə dərc edib.

Oykarinen “bu, qəbuledilməzdir. Biz bununla kifayətlənə bilmərik. Valtterinin özünün dediyi kimi, indi narahat olmaq vaxtıdır. Haradasa əsaslı səhv var və komanda ilə oturub onu necə düzəltmək barədə düşünməyin vaxtıdır” deyib.

Vilander isə narahatçılığını belə dilə gətirib: “Valtteri həmişə komanda yoldaşından 10-20 saniyə öndə olmalıdır. Belə bir vəziyyət normal sayılacaq. Söhbət 12-16-cı yerlərdən gedirsə, o zaman Valtteri 12-ci olmalıdır. Ona görə də çox narahatam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*