23 Yanvar 2019, Çərşənbə - 13:34

K.Rəykkönen həmyerliləri ilə əylənib

K.Rəykkönen həmyerliləri ilə əylənib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:37 - 11 Dekabr, 2012

Dünən gecə Kimi Rəykkönen gözlənilmədən İsveçrənin Sürix şəhərindəki restoranlardan birində peyda olub, bu zaman həmin restoranda Finlandiyanın flourbol (zalda hokkey) […]

Dünən gecə Kimi Rəykkönen gözlənilmədən İsveçrənin Sürix şəhərindəki restoranlardan birində peyda olub, bu zaman həmin restoranda Finlandiyanın flourbol (zalda hokkey) üzrə milli yığması şam edirmiş. İdmançılar dünən flourbol üzrə dünya Kubokunun finalında İsveç millisinə uduzmuşdular və məğlubiyyətlərini restoranda unutmaq qərarına gəliblər.

Hokkeyçilər öz məşhur həmyerlilərini restoranda gözləmirdilər, ona görə də restoranın təhlükəsizlik xidmətinə bu barədə heç nə deyilməyib. Özünəməxsus stildə geyinmiş Kimi restoranın VİP zalına keçmək istəyərkən onun yolunu kəsiblər və qonaqlar üçün nəzərdə tutulmuş xüsusi qolbaq tələb ediblər.

Aydındır ki, Kiminin belə bir qolbağı olmayıb, ona görə də bir az gözləməli olub, inzibatçılar onun haqqında hokkeyçilərə bildiriblər. Onlar isə belə bir məşhur şəxsiyyətin ziyafətə qoşulmasına çox seviniblər. Bu barədə Helsinkidə dərc olunan İlta-Sanomat qəzeti məlumat verib.

Deyilənlərə görə, Lotus sürücüsünün və milli yığmanın ziyafəti çox şən keçib: Kimi yaxşı əylənib, həmyerlilərinin suallarını cavablandırıb və hamı ilə şəkillər çəkdirib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , ,
Paylaş

logo