Lando Norris: “Hiss edirəm ki, bəzi məqamlarda keçən illə müqayisədə mütləq irəliləmişəm – daha stabil olmuşam, idarə olunması çətin olan maşından maksimumu çıxarmağın öhdəsindən daha yaxşı gəlirəm.
Keçən illə müqayisədə çempionatda vəziyyət də dəyişib, baxmayaraq ki, son üç yarışda biz çox sürətli olmuşuq, bəlkə də hamıdan sürətli. Komanda ilə birlikdə maşının potensialını tam reallaşdırırıq, özümü daha sakit və daha inamlı hiss edirəm. Özümə və bacarıqlarıma daha çox inanmağa başlamışam, bu da bəzən çox kömək edir.
Əlbəttə, mən titul uğrunda mübarizədə deyiləm. Biz sadəcə fərqi azaltmağa, mövsümün əvvəlində itirdiklərimizin əvəzini çıxmağa çalışırıq. Komanda tədricən sürət yığıb – irəliləyirik, azarkeşlər yeni qələbələr gözləyirlər. Son dörd yarışın ikisini qazanmışıq, halbuki dörd yarışın üçünü qazanmalı idik.
Sürətimiz var, komanda da əla işləyib, amma Bakıdakı mərhələ bizim üçün asan sınaq olmayacaq. Burada bir dənə də sürətli döngə yoxdur, hətta orta sürətli də yoxdur. Demək olar ki, Monakodakı kimidir, orada bizim problemlərimiz yaranmışdı. Deməliyəm ki, qalan yarışlar arasında Bakını ən az gözləyən mən idim. Keçən il də bu həftəsonunu elə də yaxşı keçirməmişdik. Görək, indi hər şey necə alınacaq”.





