Acronis iddiaları təkzib edib

Williams komandasının yeni sponsoru Acronis şirkətinin rəhbəri Sergey Belousov bildirib ki, komandanın debütant sürücüsü Sergey Sirotlkinlə əlaqələri yoxdur.

F-1.az xəbər verir ki, Acronis Rusiyanın məşhur proqram təminatçısı şirkətlərindən biridir.

Sergey Belousov: “Williams ilə əvvəldən danışıqlar gedirdi. Həmin vaxtlar Sirotkin Renault-nun sürücüsü idi və orada qala bilərdi, ya da Toro Rosso-ya keçə bilərdi. Müqaviləni Sergeyə görə bağlamamışıq. Amma onun Williams-da olması prosesi gücləndirdi”.

, ,