Rob Smedli mövsümün sonunda Williams-dan gedəcək

Williams komandasının baş yarış mühəndisi Rob Smedli 2018-ci ilin sonunda Britaniya təmsilçisinin heyətini tərk edəcək.

F-1.az xatırladır ki, Smedli 2014-cü ildə britaniyalıların heyətinə qoşulmuş və komandanın ardıcıl iki il Mühəndislər Kubokunda 3-cü olmasında müstəsna rol oynamışdı.

Xatırladaq ki, Smedli Formula1 karyerasına 17 il əvvəl Jordan komandasında başlamış, 3 ildən sonra Ferrari-yə transfer olunmuşdu. 2014-cü ildə isə yarış mühəndisi olduğu Felipe Massa ilə birlikdə “qırmızılar”ın heyətindən ayrılaraq Williams komandasına gəlmişdi.

,