Abu Dabi testlərinə yalnız Red Bull və Toro Rosso qatılacaq?

Mövsümün sonunda Abu Dabidə keçiriləcək gənc sürücülərin testlərinə yalnız Red Bull və Toro Rosso komandaları qoşula bilərlər. Autosport-un bildirdiyinə görə, […]

Mövsümün sonunda Abu Dabidə keçiriləcək gənc sürücülərin testlərinə yalnız Red Bull və Toro Rosso komandaları qoşula bilərlər.

Autosport-un bildirdiyinə görə, çempionatın digər iştirakçıları, çox güman ki, Böyük Britaniya Qran Prisindən sonra yayda Silverstounda bu testləri keçirəcəklər, çünki bu il Formula1 komandalarına klassik trasla müasir Yas Marina trası arasında seçim etmək imkanı verilib.

Hələ yekun razılaşma əldə olunmayıb, hamının hələ fikirləşmək vaxtı var, amma Pirelli şirkəti təsdiq edib ki, 10 komanda Silverstoun testlərinə hazırlaşır…

Pol Hembri, Pirelli Motosport: “Biz 12 komanda ilə əməkdaşlıq edirik və tərəfdaşlarımızın arzularını yerinə yetirməliyik. Deyəsən, 10 komanda testləri Silverstounda, 2 komanda isə Abu Dabidə keçirməyə hazırlaşır. Ona görə də mövsümün sonundakı testlərə biz Pirelli-nin yeni təkərlərini aparmayacayıq.”

Eyni zamanda Pol Hembri təsdiq edib ki, qarşıdakı Mucello testlərində komandalar standart təkərlərlə işləyəcəklər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*