C.Batton triatlonda çıxış edib

McLaren komandasının sürücüsü Censon Batton qız rəfiqəsi Cessika Miçibata ilə birlikdə növbəti dəfə triatlon yarışlarında çıxış edib. Bu dəfə ənənəvi […]

McLaren komandasının sürücüsü Censon Batton qız rəfiqəsi Cessika Miçibata ilə birlikdə növbəti dəfə triatlon yarışlarında çıxış edib. Bu dəfə ənənəvi Lavaman Waikoloa Havay adalarında baş tutub.

İdmançılar startdan finişə qədər 1500 metr üzməli, 40 kilometr məsafəni velosipedlə qət etməli və 10 kilometr qaçmalı olublar. GP Update-in verdiyi xəbərə görə, Censon ümumi hesabda altıncı olmaqla öz yaş qrupunda birinci yeri tutub.

Censon və Cessika son illərdə bir neçə dəfə bu yarışlara qatılıblar və hər dəfə jurnalistlərə bildiriblər ki, yarışda əsas məqsəd orqanizmin imkanlarını yoxlamaq və fiziki formanı yaxşı saxlamaq imkanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*