Q.Çjou: Potensialımı göstərdim

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou inkişafından çox razıdır.

F-1.az xatırladır ki, çinli sürücü Formula1-də bu il debüt etsə də, ilk yarışından xal almış və mövsümü yaxşı keçirmişdi.

Quanyu Çjou: “İnkişafımdan razıyam. Bu idmanda çox təzyiq var. Mövsüm başlayanda bir az narahat idim, amma hər şey qaydasındadır. Məncə, etdiyim səhvlər məni bu səviyyəyə yüksəltdi. İstədiyimdən daha yaxşısını etdim. Bəlkə, mübarizəni dayandırdığım yarışlar olmasaydı, daha çox xal yığardım. Ən azından potensialımı göstərdim”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*