23 Sentyabr 2019, Bazar ertəsi - 21:58

Abu Dabi Qran Prisi: Yarış

Abu Dabi Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:31 - 12 Noyabr, 2012

Quru. Günəşli, sessiyanın sonu qaranlıq. Havanın temperaturu +30° C, trasın temperaturu +30° C Sebastyan Fettel Abu Dabiyə Fernando Alonso üzərində […]

Quru. Günəşli, sessiyanın sonu qaranlıq. Havanın temperaturu +30° C, trasın temperaturu +30° C

Sebastyan Fettel Abu Dabiyə Fernando Alonso üzərində 13 xal üstünlüklə gəlib. Sıralanma turunda almaniyalı sürücü üçüncü, ispaniyalı sürücü isə yeddinci olub. Amma finiş xəttini keçdikdən sonra Renault motorçuları Fettelə yanacaq sistemindəki problemlər üzündən maşını saxlamağı əmr ediblər – lakin FİA yanacaq çənindən təftiş üçün lazım olan 1 litr yanacağın əvvəzinə cəmi 0.85 litr maye çəkə bilib.

Uzunmüddətli müzakirələrdən sonra Qran Prinin stüardları Fettelin nəticəsini ləğv ediblər və protokollardan çıxarıblar, amma sürücü starta buraxılıb. Red Bull sürücüsünün maşınını bağlı parkdan götürərək üzərində işləməyi qərara alıb, ona görə də sürücü start düzlüyündən deyil, pit-leyndən start almalı olub. Mexaniklər isə RB8-in ötürmələr qutusunu, ön antiqanadın hücum bucağını və asılqanların konfiqurasiyasını dəyişiblər ki, sürücü asanlıqla hücum edə bilsin.

Dünən poulu Lyuis Həmilton qazanıb, onunla bərabər ilk cərgəyə Mark Uebber çıxıb. Arxada isə Maldonado və Rəykkönen, Batton və Alonso yerləşiblər. Şumaher, Senna və Fettel starta Medium tərkibini, digər sürücülər isə Soft tərkibini seçiblər. Pedro de la Rosa qızdırma dövrəsinə yollana bilmədiyi üçün pit-leyndən start almalı olub.

Startda Həmilton poulun üstünlüyünü qoruyub, Uebber ləngiyib, Rəykkönen və Maldonado onu keçiblər, uzun düzlükdə Alonso da avstraliyalı sürücünü arxada qoyub. Force İndia-nın hər iki sürücüsü, Senna və Peres, Qrojan və Rosberq təmas yaşayıblar, Hülkenberq mübarizəni dayandırıb, Qrojan və di Resta isə boksa yollanıblar və yeni təkər dəsti ilə trasa qayıdıblar. 2-ci dövrədə ilk onluq: Həmilton – Rəykkönen – Maldonado – Alonso – Uebber – Batton – Massa – Kobayaşi – Peres – Şumaher. Fettel 18-ci yerə yüksəlib.

Peleton uzanıb, Həmilton Rəykkönendən uzaqlaşmağa başlayıb. 9-cu dövrədə ciddi qəza baş verib – 17-ci döngədə Rosberq yavaşımış Kartikeyana çırpılıb, sürücülər zədələnməyiblər, trasa Təhlükəsizlik Maşını (TM) çıxıb. TM-in arxasında ilk onluq: Həmilton – Rəykkönen – Maldonado – Alonso – Uebber – Batton – Massa – Peres – Kobayaşi – Şumaher.

Vern, Qrojan və di Resta təkərlərini dəyişiblər. Fettel 12-ci yerə yüksəlib, amma təkərlərini qızdırmaqda olan Rikkardoya çırpılmaqdan qurtulmaq üçün tras kənarındakı plastik lövhəyə çırpılıb. Sebastyan sıradan çıxmış ön antiqanadını dəyişmək üçün boksa yollanıb və sonuncu yerə düşüb.

14-cü dövrədə restart elan olub. Həmilton liderliyini qoruyub və yenidən Rəykkönendən uzaqlaşmağa başlayıb. Fettel trasdan tam çıxmaqla Qrojanı keçib, amma mövqeyini geri qaytarıb və sonra tam qaydalara uyğun ötmə edib.

19-cu dövrədə yarışın lideri Həmiltonun maşınında motor gücünü itirib, Lyuis maşınını təhlükəsizlik zonasında saxlayıb – yarışa Rəykkönen başçılıq edib. Alonso Maldonadonu keçərək 2-ciliyə yüksəlib. 22-ci dövrədə Uebber Maldonadonu keçməyə cəhd edib, maşınlar toqquşublar, Mark yerində fırlanıb, bir neçə yer itirib, amma yarışı davam etdirib. Batton Maldonadonu keçərək 3-cülüyə yüksəlib. Peres də 5-ci yer uğrunda mübarizədə Massanı qabaqlayıb. 24-cü dövrədə ilk onluq: Rəykkönen – Alonso – Batton – Maldonado – Peres – Massa – Uebber – Kobayaşi – Şumaher – Fettel.

25-ci dövrədə Fettel Şumaheri keçib, Kobayaşi isə təkərlərini dəyişib. Uebber Massaya hücum edib, maşınlar toqquşub, Felipe yerində fırlanıb. Massa və Rikkardo boksa yollanıblar.

27-ci dövrədə Şumaher, 28-ci dövrədə Alonso, 29-cu dövrədə Batton və Maldonado, 30-cu dövrədə Peres və Uebber, 31-ci dövrədə isə Rəykkönen yeni təkər dəsti alıblar – finlandiyalı sürücü liderliyini qoruya bilib, rəqiblərinin pit-stopundan istifadə edən Fettel 2-ciliyə yüksəlib. 32-ci dövrədə Senna, 33-cü dövrədə Vern, 37-ci dövrədə Fettel mexaniklərinə qonaq olublar – almaniyalı sürücü trasa 4-cü yerdə qayıdıb.

38-ci dövrədə Qrojan, Peres və di Resta mövqe uğrunda gərgin mübarizə aparıblar, Peres Qrojanı keçib və döngəyə geniş daxil olub, trasa qayıdarkən Romana çırpılıb, arxadan sürətlə gələn Uebber də Romanla toqquşub. Nəticədə Uebber və Qrojan mübarizəni dayandırıblar, di Resta və Peres boksa yollanıblar, trasa ikinci dəfə TM çıxıb. Şumaherin təkəri deşilib, Pik mübarizədən kənar qalıb. Stüardlar isə Peresi insidnetdə günahkar bilərək boksada 10 saniyə gözləməklə cəzalandırıblar. TM-in arxasında ilk onluq: Rəykkönen – Alonso – Batton – Fettel – Maldonado – Kobayaşi – Massa – Senna – Vern – di Resta.

Restartda Rəykkönen liderliyini qoruya bilib, Batton Alonsoya, Fettel isə Batton hücu edib. Alonso təkərlərini qızdırdıqdan sonra Censondan uzaqlaşıb – britaniyalı sürücü 51-ci dövrəyə qədər Fettelin hücumlarına tab gətirib, amma ikiqat dünya çempionu önə keçə bilib.

Son dövrələrdə Alonso Rəykkönenlə fərqi azaltsa da, DRS məsafəsinə yaxınlaşa bilməyib və finladniyalı sürücü mövsümdə 1-ci, karyerasında isə 19-cu qələbəsini qazanıb. Kimi 2012-ci ildə qələbə qazanmış 8-ci sürücü olub. Titul uğrunda mübarizə isə daha da qızışıb – iki həftədən sonra Ostində debüt yarışında hər iki titulun sahibi müəyyən ola bilər…

YerPilotKomandaMotorVaxt
01K.RəykkönenLotusRenault1.45:58.667
02F.AlonsoFerrariFerrari+ 0:00.852
03S.FettelRed BullRenault+ 0:04.163
04C.BattonMcLarenMercedes+ 0:07.787
05P.MaldonadoWilliamsRenault+ 0:13.007
06K.KobayaşiSauberFerrari+ 0:20.076
07F.MassaFerrariFerrari+ 0:22.896
08B.SennaWilliamsRenault+ 0:23.542
09P.di RestaForce İndiaMercedes+ 0:24.160
10D.RikkardoToro RossoFerrari+ 0:27.463
11M.ŞumaherMercedes AMGMercedes+ 0:28.075
12J.E.VernToro RossoFerrari+ 0:34.906
13H.KovalaynenCaterhamRenault+ 0:47.764
14T.QlokMarussiaCosworth+ 0:56.473
15S.PeresSauberFerrari+ 0:56.768
16V.PetrovCaterhamRenault+ 1:04.595
17P.de la RosaHRTCosworth+ 1:11.778
Ş.PikMarussiaCosworth
R.QrojanLotusRenault
M.UebberRed BullRenault
L.HəmiltonMcLarenMercedes
N.KartikeyanHRTCosworth
N.RosberqMercedes AMGMercedes
N.HülkenberqForce İndiaMercedes

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:43.964 (54-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault255
02F.AlonsoFerrariFerrari245
03K.RəykkönenLotusRenault198
04M.UebberRed BullRenault167
05L.HəmiltonMcLarenMercedes165
06C.BattonMcLarenMercedes153
07F.MassaFerrariFerrari95
08N.RosberqMercedes AMGMercedes93
09R.QrojanLotusRenault90
10S.PeresSauberFerrari66
11K.KobayaşiSauberFerrari58
12N.HülkenberqForce İndiaMercedes49
13P.di RestaForce İndiaMercedes46
14P.MaldonadoWilliamsRenault43
15M.ŞumaherMercedes AMGMercedes43
16B.SennaWilliamsRenault30
17J.E.VernToro RossoFerrari12
18D.RikkardoToro RossoFerrari10
19T.QlokMarussiaCosworth0
20H.KovalaynenCaterhamRenault0
21V.PetrovCaterhamRenault0
22J.D’AmbrozioLotusRenault0
23Ş.PikMarussiaCosworth0
24N.KartikeyanHRTCosworth0
25P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault422
02FerrariFerrari340
03McLarenMercedes318
04LotusRenault288
05Mercedes AMGMercedes136
06SauberFerrari124
07Force İndiaMercedes95
08WilliamsRenault73
09Toro RossoFerrari22
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Abu Dabi Qran Prisi: Yarış

Abu Dabi Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:09 - 07 Dekabr, 2011

Quru. Günəşli. Yarışın sonu süni işıq altında. Havanın temperaturu +26° C, trasın temperaturu +31° C Keçənilki yarışda ötmələr olmadığı üçün […]

Quru. Günəşli. Yarışın sonu süni işıq altında. Havanın temperaturu +26° C, trasın temperaturu +31° C

Keçənilki yarışda ötmələr olmadığı üçün bu dəfə FİA DRS-dən istifadəyə iki zona ayırmışdı, dünən axşam isə birinci zonanı 75 metr uzatmışdı ki, mövqe uğrunda mübarizə sürücülərə asan başa gəlsin.

Startda Fettel liderliyini saxlayıb, amma ikinci döngədə arxa sağ təkəri partladığı üçün trasdan çıxıb, ikiqat dünya çempionu boksa qayıda bilsə də, mexaniklər asılqanın sınması ilə üzləşiblər. Həmilton liderliyi ələ alıb, Alonso startda Uebber və Battonu üstələyərək ikinciliyə yüksəlib. Uebber Battonu keçsə də, ikinci DRS zonasında Censon mövqeyini geri qayatar bilib.

Sürücülər arasında interval böyüyüb, 9-cu dövrədə Buemi di Restanı qabaqlayıb, amma şotlandiyalı sürücü ikinci DRS zonasında irəli çıxıb – FİA-nın iki ardıcıl ötmə zonası planlaşdırılan effekti verməyib. Sonuncu cərgədən start alan Williams sürücüləri 14-cü və 15-ci yerlərə yüksəliblər, amma yumşaq təkərlərlə trasda olan Kovalaynenin arxasında ilişib qalıblar.

16-cı dövrədə Masa və Algersuari, 17-ci dövrədə Həmilton, Alonso, Batton, Şumaher və Sutil, 18-ci dövrədə Uebber (mexaniklər bir qədər ləngiyiblər) və Rosberq ilk pit-stoplarını reallaşdırıblar.

Bueminin maşını sürətini itirib, Sebastyen boksa qayıda bilib və maşını tərk edib.

30-cu dövrədə Uebber Massanı keçib, amma braziliyalı sürücü də ikinci DRS zonasında mövqeyini geri qaytarıb. Maldonado və Senna mavi bayraqlara məhəl qoymadıqları üçün pit-leyndən keçməklə cərimə olunublar.

36-cı dövrədə Uebber daha bir yumşaq təkər dəsti alıb – avstraliyalı sürücünü pit-stopa daha bir səfər gözləyib. 37-ci dövrədə Batton və Sutil, 41-ci dövrədə Həmilton və Massa, 43-cü dövrədə Şumaher, 44-cü dövrədə Alonso sonuncu dəfə mexaniklərin qonağı olublar. Fernando yumşaq təkərlərlə trasda əlavə 3 dövrə qalsa da, trasa Lyuisin arxasında qayıdıb.

Uebber yumşaq təkərlərin hesabına Batton və Rosberqi keçib. 49-cu dövrədə Rosberq, 55-ci dövrədə isə Uebber bərk təkərlərə keçiblər.

Lyuis Həmilton mövsümdə 3-cü və karyerasında 17-ci qələbəsini qazanıb, amma Batton finiş xəttini 3-cü keçməklə komanda yoldaşını şəxsi hesabda üstələyib. Çempionatda ikinci yer uğrunda mübarizə isə mövsümün son yarışına qalıb. İki həftədən sonra San Pauluda mövsüm başa çatacaq…

YerPilotKomandaMotorVaxt
01L.HəmiltonMcLarenMercedes1.37:11.886
02F.AlonsoFerrariFerrari+ 0:08.457
03C.BattonMcLarenMercedes+ 0:25.881
04M.UebberRed BullRenault+ 0:35.784
05F.MassaFerrariFerrari+ 0:50.578
06N.RosberqMercedes GPMercedes+ 0:52.317
07M.ŞumaherMercedes GPMercedes+ 1:15.964
08A.SutilForce İndiaMercedes+ 1:17.122
09P.di RestaForce İndiaMercedes+ 1:41.087
10K.KobayaşiSauberFerrari+ 1 dövrə
11S.PeresSauberFerrari+ 1 dövrə
12R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
13V.PetrovLotus Renault GPRenault+ 1 dövrə
14P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
15X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
16B.SennaLotus Renault GPRenault+ 1 dövrə
17H.KovalaynenTeam LotusRenault+ 1 dövrə
18Y.TrulliTeam LotusRenault+ 2 dövrə
19T.QlokMarussia VirginCosworth+ 2 dövrə
20V.LiutsiHispaniaCosworth+ 2 dövrə
D.RikkardoHispaniaCosworth
S.BuemiToro RossoFerrari
J.D’AmbrozioMarussia VirginCosworth
S.FettelRed BullRenault

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:42.612 (51-ci dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault374
02C.BattonMcLarenMercedes255
03F.AlonsoFerrariFerrari245
04M.UebberRed BullRenault233
05L.HəmiltonMcLarenMercede227
06F.MassaFerrariFerrari108
07N.RosberqMercedes GPMercedes83
08M.ŞumaherMercedes GPMercedes76
09V.PetrovLotus Renault GPRenault36
10N.HaydfeldLotus Renault GPRenault34
11A.SutilForce İndiaMercedes34
12K.KobayaşiSauberFerrari28
13X.AlgersuariToro RossoFerrari26
14P.di RestaForce İndiaMercedes23
15S.BuemiToro RossoFerrari15
16S.PeresSauberFerrari14
17R.BarrikelloWilliamsCosworth4
18B.SennaLotus Renault GPRenault2
19P.MaldonadoWilliamsCoswort1
20P.de la RosaSauberFerrari0
21Y.TrulliTeam LotusRenault0
22H.KovalaynenTeam LotusRenault0
23V.LiutsiHispaniaCosworth0
24J.D’AmbrozioMarussia VirginCosworth0
25T.QlokMarussia VirginCosworth0
26N.KartikeyanHispaniaCosworth0
27D.RikkardoHispaniaCosworth0
28K.ÇandhokTeam LotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault607
02McLarenMercedes482
03FerrariFerrari353
04Mercedes GPMercedes159
05Lotus Renault GPRenault72
06Force İndiaMercedes57
07SauberFerrari42
08Toro RossoFerrari41
09WilliamsCosworth5
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 397
Teqlər
Paylaş

logo