22 Sentyabr 2019, Bazar - 14:13

Lotus Renault GP K.Rəykkönenin namizədliyini nəzərdən keçirmir

Lotus Renault GP K.Rəykkönenin namizədliyini nəzərdən keçirmir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:04 - 11 Fevral, 2011

Lotus Renault GP komandası Xeres testlərinə təcrübəli Nik Haydfeldi dəvət edib – Nik Formula1-də 11 mövsüm keçirməklə 175 Qran Pridə […]

Lotus Renault GP komandası Xeres testlərinə təcrübəli Nik Haydfeldi dəvət edib – Nik Formula1-də 11 mövsüm keçirməklə 175 Qran Pridə start alıb.

Hazırkı vəziyyətdə bu, komandanın aşkar seçimidir – komandanın əsas sürücüsü Robert Kubitsa qəzaya uğrayıb və mövsümü kənardan izləyəcək, başqa güclü sürücülər isə digər komandalarla müqavilə imzalayıblar, 2007-ci ilin dünya çempionu Kimi Rəykkönen isə əvvəldən komandanın namizədlər siyahısında olmayıb. Komandanın başçısı Erik Bulye İtaliyada dərc olunan Gazzetta dello Sport qəzetinə bildirib ki, “Kiminin namizədliyi, ümumiyyətlə, nəzərdən keçirilməyib…”

Rəykkönenin özü də Formula1-ə qayıtmaqda maraqlı deyil və bu il ralli üzrə dünya çempionatında çıxışın davam etdirir, qarşıdakı uik-end mövsümün ilk yarışının startına çıxacaq. Sürücünün mətbuat katibi Riki Kuvaya da bildirib ki, “Kimi rallidə çıxış edir, bu mövzuda danışmaq mənasızdır…”

Amma Citroen komandasının başçısı Olivye Kesnel Fransanın RMC radiokanalının efirində bildirib ki, Rəykkönen Formula1-ə qayıtmasına imtina etməyəcək…

Olivye Kesnel: “Əgər Kimi getmək istəsə, mən heç nə deyə bilmərəm, çünki bu il Kimi sadəcə bizim müştərimizdir. Kimi bizdən maşın icarə götürüb və özünün şəxsi sponsorlarının dəstəyi ilə çıxış etmək fikrindədir. Öz seçimində Kimi azaddır.

Hesab edirəm ki, ona Berni Ekklstoun və FİA, eləcə də Formula1 dünyasının başqa tanınmış adamları təzyiq edəcəklər. Bir çoxları onun qayıtmasına sevinərdi, çünki Kimi əvvəlkitək populyardır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 296
Teqlər
Paylaş

logo