ABŞ Qran Prisi: Tras

Formula1 mərhələləri ABŞ-ın bir çox şəhər və stasionar traslarında keçirilib, amma Avropada daha məşhur olan bu Qran Prilər okeanın o […]

Formula1 mərhələləri ABŞ-ın bir çox şəhər və stasionar traslarında keçirilib, amma Avropada daha məşhur olan bu Qran Prilər okeanın o biri sahilində özünü qonaq hiss edirdi. Amma 2012-ci dilə təqvimdə Ostinin yer alması ilə Formula1 özünə Amerikada ev tikmiş oldu.

ABŞ Qran Prisinin Ostində keçirilməsi barədə onillik müqavilə hələ 2010-cu ildə imzalanmışdı – “Formula1 tarixində ilk dəfə ABŞ-da dünya miqyaslı tras tikiləcək” – Berni Ekklstoun sevincini belə ifadə etmişdi.

Layihənin hazırlanması yenə də Herman Tilkenin konstruktor bürosuna həvalə olunub, Qran Prinin promouteri isə keçmiş sürücü Tavo Hellmund təyin olunub – təklif ona məxsus idi və sürücü məmnuniyyətlə təklifin realizə olunmasına başlayıb. Çoxsaylı problemlər üzə çıxıb, avtodromun tikintisi hüquqi və maliyyə problemləri üzündən bir neçə dəfə dayandırılıb, yekunda Hellmund layihədən uzaqlaşdırılıb, amma tras və lazımi infrastuktur vaxtında təhvil verilib və 2012-ci ilin sentyabrında avtodroma FİA-da lisenziya alıb.

usa1

Tarix: 16-18 noyabr 2012-ci il
Tras: Ostin
Dövrənin uzunluğu: 5516 m
Dövrələrin sayı: 56
Ümumi məsafə: 308.896 km

Trasın uzunluğu 5516 metrdir, çox maraqlı konfiqurasiyası 20-dən çox döngədən ibarətdir, hündürülük fərqi kifayət qədər çoxdur. Trasın bəzi sahələri əfsanəvi tarixi trasları xatırladır – Tilke bunu əvvəlcədən qarşısına məqsəd qoymuşdu.

Ostində həm sürətli, həm də texniki yavaş sahələr var ki, hərəkətin istiqaməti tez-tez dəyişir. Ciddi əylənmə zonaları və uzun düz yollar da az deyil – hələ maket üzərində məlum idi ki, saat əqrəbinin hərəkətinin əksi istiqamətində yarışın keçirilməsi trası təqvimin ən maraqlı trasına çevirəcək.

usa2
çempionatın sonuna cəmi iki yarış qalır, qəti əminliklə demək olar ki, məhz Ostinda Red Bull komandası 3-cü ardıcıl titulunu qazanacaq. Amma sürücülərin titul uğrunda mübarizəsi Brazilyaya keçə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*