23 Sentyabr 2019, Bazar ertəsi - 22:00

Fevralda N.Lauda haqqında filmin çəkilişləri başlayacaq (video)

Fevralda N.Lauda haqqında filmin çəkilişləri başlayacaq (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:51 - 26 Dekabr, 2011

Almaniya Qran Prisi, 1976-cı il, Nürburqrinq avtodromu. İkinci dövrənin əvvəlində Niki Laudanın Ferrari-si qoruyucu baryerlərə çırpılaraq alovlanır, sürücü yoldaşlarının köməyi […]

Almaniya Qran Prisi, 1976-cı il, Nürburqrinq avtodromu. İkinci dövrənin əvvəlində Niki Laudanın Ferrari-si qoruyucu baryerlərə çırpılaraq alovlanır, sürücü yoldaşlarının köməyi ilə xilas olunan Niki ciddi yanıqlar alır. Qəzadan 42 gün sonra hələ tam sağalmamış Lauda sükan arxasına qayıdır, amma bu müddət ərzində Ceyms Hant çempionatdakı fərqi azaltmışdı və mövsümün sonunda çempion titulunu qazandı.

Biz artıq yazmışdıq ki, bu maraqlı hadisə bədi Rush filminin əsasını təşkil edəcək. Filmin çəkilişləri bu ilin ikinci yarısında başlamalı idi, amma Da Vinçinin kodu, Ağıl oyunlarıApollo-13 filmlərin rejissoru olan Ron Hovard işə gələn ilin fevralında başlamağı qərara alıb…

Niki Lauda: “Mən səbirsizliklə filmi gözləyirəm. Peter Morqan həmin illər barədə mənə çoxlu sual vermişdi və sonda maarqlı senari yazıb.”

Niki Lauda baş rolun ifaçısı ilə bir neçə dəfə görüşüb. Qud bay, Lenin, Bornun ultimatumuŞərəfsiz əclaflar filmləri ilə məşhurlaşan Daniel Bryul Laudanın gəncliyini oymayacaq. Niki onu bir neçə Qran Pritə dəvət etmişdi ki, Daniel Formula1 sürücülərinin iş xüsusiyyətləri ilə tanış olsun…

Daniel Bryul: “Hələ sağ ikən əfsanəyə çevrilən birinin rolunu canlandırmaq hər gün bizə qismət olmur, ona görə də layihənin başlanmasını səbirsizliklə gözləyirəm. Qran Prilərin gedişində mən sürücülərin mexanik və mühəndislərlə ünsiyyətini izləyirdim, onların hiss və əhvallarını tutmağa çalışırdım. Lauda çoxsaylı sualları cavablandırdı, mən şadam ki, Niki çox ünsiyyətcil birisidir.”

Niki Lauda: “Daniel çox xoş bir insandır, ulduz xəstəliyi də görsənmir. Rejissor iki qulaqla şəkilişlərə başlayıb bir qulaqla çəkilişləri başa vurmağa razı olan başqa aktyor tapa bilməyib, amma müasir qrim möcüzələr törədir. Mən şadam ki, sonda Bryulun namizədliyini təsdiq etdilər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 429
Teqlər
Paylaş

logo