Honkonq da Formula1-ə can atır (video)

Asiyanın işgüzar mərkəzi Honkonqda Formula1-in nümunəvi yürüşləri keçib. Mərkəzi küçələrdən birində improvizə olunmuş 600 metrlik trasda Red Bull-un sükanı araxsında […]

Asiyanın işgüzar mərkəzi Honkonqda Formula1-in nümunəvi yürüşləri keçib. Mərkəzi küçələrdən birində improvizə olunmuş 600 metrlik trasda Red Bull-un sükanı araxsında öz məharətini Xayme Algersuari göstərib, yerli drifter və motosürücülər də tədbirə qatılıblar.

Tədbirin təəssübkeşi isə Honkonqun Avtomobil Assosiasiyası olub, təşkilatın başçısı Uesli Van ümid edir ki, gələcəkdə meqapolisin küçələrində tammiqyaslı Qran Pri keçirilə bilər. Bu layihə üzərində iş 1997-ci ildən gedir və Van əmindir ki, gec-tez uğur qazanacaq…

Uesli Van: “Bugünkü şou azarkeşlərin cəlb edilməsi istiqamətində birinci addımdır. Mənim arzum Sinqapurda, Malayziyada və Çində olduğu kimi Honkonqda da məxsusi Formula1 mərhələsinin keçməsidir. Əgər yarışlar Monako və Sinqapurun küçələrində keçirsə, deməli, mümkün olmayan şey yoxdur…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*