Y.Trulli: “Monakoda DRS gərək deyil”

Türkiyə Qran Prisi günlərində sürücülər FİA-nın nümayəndələri ilə arxa antiqanadın hərəkətli elementinin Monako uik-endində istifadə olunmasını bir daha müzakirə edəcəklər. […]

Türkiyə Qran Prisi günlərində sürücülər FİA-nın nümayəndələri ilə arxa antiqanadın hərəkətli elementinin Monako uik-endində istifadə olunmasını bir daha müzakirə edəcəklər. Bir çoxları hesab edirlər ki, sərbəst yürüşlərdə və sıralanma turunda sistemdən istifadə olunması tunelin çıxışında təhlükləli şəraitin yaranmasına səbəb ola bilər, yarışda isə uzun düz yolların olmaması üzündən sistemin potensial effekti kifayət qədər olmayacaq.

Yarno Trulli Autosport-un jurnalistlərinə bildirib ki, yarışın direktoru Çarli Uaytinqin sonda qəbul edəcəyi qərara tam etibar edir…

Yarno Trulli: “Biz DRS-dən istifadə məsələsini müzakirə etmişik, öz fikirlərimizi Uaytinqə bildirmişik və o bizim sözümüzə qulaq asdı. Sürücülər maşınları idarə edirlər, Çarli isə bizim problemləri baaş düşür – biz nə düşünürüksə, onu da deyirik, Çarli isə qərar qəbul edir. Demək olar ki, hər Qran Pridə bizim adi brifinqlərdən kənar görüşlərimiz olur, bu çox pozitiv prosesdir – FİA öz işinin öhdəsindən əla gəlir.

Monakoda DRS gərək deyil, sistemdən istifadə etməyin mənası yoxdur. Bu trasda düz yollar çox qısadır – sükan üzərində düymə basmaq daha çox vaxt aparacaq, bizim başqa şey barədə düşünməyə sadəcə vaxtımız olmayacaq. Monakoda arxa antiqanadın hərəkətli elementi ötməyə kömək etməyəcək, ona görə də mən ondan istifadə etməyi mənasız görürüəm. Bu mənim şəxsi fikrimdir, başqa sürücülərdə belə düşünürlər, amma son qərarı FİA qəbul edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*