23 Sentyabr 2019, Bazar ertəsi - 07:29

R.Şumaher və J.Vilnöv Stefan GP-də?

R.Şumaher və J.Vilnöv Stefan GP-də?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:45 - 07 Fevral, 2010

Bir neçə gün əvvəl Berni Ekklstoun Campos və US F1 komandalarının ciddi maliyyə problemləri ilə üzləşdiklərini bildirib, onun fikrincə, çempionatda […]

Bir neçə gün əvvəl Berni Ekklstoun Campos və US F1 komandalarının ciddi maliyyə problemləri ilə üzləşdiklərini bildirib, onun fikrincə, çempionatda Serbiyanın Stefan GP komandası debüt edə bilər, komandada isə Ralf Şumaher çempionata qayıda bilər.

Jurnalistlər alman sürücüdən məsələyə şərh verməyi xahiş ediblər, sürücü isə əvvəlcə Stefan GP-nin planlarından xəbərsiz olduğunu bildirib, amma bugünkü Bild qəzeti arxada qalmış danışıqlardan xəbər verib…

Ralf Şumaher: “Cənab Stefanoviç məndə işini bilən və məqsədinə yönələn insan təəssüratı yaratdı, mən öyrəndim ki, komanda mənimlə maraqlanır, amma hazırda heç nəyi şərh edə bilmərəm. Zaman göstərəcək ki, bu məsələni davamı mümkündürmü?”

jak
Amma Fransa mətbuatında şayiələr peyda olub ki, bu komanda daha bir Formula1 veteranı – Jak Vilnövə də maraq göstərir. Hərçənd, 38 yaşlı kanadalı sürücüyə dərhal sükan arxasına oturmaq təklif olunmayıb.

Fransanın France24 telekanalının məlumatına görə, Vilnöv Stefan GP komandasının texniki departamentinə dəvət olunub. Əgər Stefanoviçin arzusu gerçəkləşərsə və onun komandası bütün hüquqi çətinliklərə baxmayaraq, Bəhreyndə starta çıxarsa, komandanın maşınlarını Ralf Şumaher və Kazuki Nakacima sürəcəklər.

Bu halda Vilnöv ehtiyat sürücü statusu ala bilər və eyni zamanda məsləhətçi rolunu oynaya bilər – Dəvid Kulthardın keçən il Red Bull Racing komandasında etdiyi kimi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 256
Teqlər
Paylaş

logo