Y.Trulli: “Biz FİA-ya minnətdar olmalıyıq”

İtaliyada dərc olunan La Repubblica Ярно qəzetinin müəllif köşəsində Yarno Trulli Monrealda yarış zamanı FİA-nın nümayəndələrinin qəbul etdikləri çətin qərarlardan […]

İtaliyada dərc olunan La Repubblica Ярно qəzetinin müəllif köşəsində Yarno Trulli Monrealda yarış zamanı FİA-nın nümayəndələrinin qəbul etdikləri çətin qərarlardan danışıb…

Yarno Trulli: “Kanadada hər şey düzgün edildi, düşünürəm ki, biz FİA-ya minnətdar olmalıyıq. Təhlükəsizlik Maşınının arxasında start, qəzalardan sonra onun çıxışı, vəziyyət çətinləşəndə yarışın dayandırılması, ikisaatlıq fasilədən sonra restart – bütün bu qərarlar özünü doğrultdular.

Biz çox gözləməli olduq ki, trasın vəziyyəti yaxşılaşsın və maşınları trasda idarə edə bilək. Bəlkə, kiməsə kənardan elə görünə bilər ki, yarışın gedişində həddən çox müdaxilə oldu – amma problem trasın xüsusiyyətindədir, Formula1 və qaydaların dəyişməsinin bu vəziyyətə aiddiyatı yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*