Daha 4 maşında güc qurğusunun elementləri dəyişdirilib

FİA bu gün səhər 4 maşının güc qurğusunda dəyişikliklər edildiyini təsdiqləyib.

F-1.az xəbər verir ki, Daniel Rikkardo, Maks Ferstappen və Niko Hülkenberq dördüncü MGU-H generatoruna, Colion Palmer isə üçüncü rekuperasiya sisteminin akkumulyatoruna (ES) keçib. Bütün dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan, heç bir sürücü cərimələnməyib.

, , ,