Yeni motor reqlamenti 2014-cü ilə qədər təxirə salınıb

Londonun Hitrou aeroportunda Formula1 Komissiyasının iclasında qərara alınıb ki, motor reqlamentindəki dəyişikliklər 2014-cü ilədək təxirə salınsın. Qərara alınıb ki, Formula1-də […]

Londonun Hitrou aeroportunda Formula1 Komissiyasının iclasında qərara alınıb ki, motor reqlamentindəki dəyişikliklər 2014-cü ilədək təxirə salınsın.

Qərara alınıb ki, Formula1-də 1.6 litrlik V6 turbomotorlardan istifadə ediləcək. Bu qərarı Komissiya üzvlərinin əksəriyyəti dəstəkləyib, indi komandaların əlavə bir il vaxtı olacaq ki, yeni reqlamentin detalalrını razılaşsınlar.

BBC-nin jurnaslitlərinə iclasın bəzi təfərrüatları məlum olub:

Birincisi, 1.6 litrlik V6 turbomotorların dirsəkli valının dövriyyə sayı dəqiqədə 12 minlə məhdudlaşdırılacaq (hazırda 18 mindir), yanacaq effektliyi 3 dəfə qaldırılacaq, ona görə də ilkin hesablamalara görə, motorların gücü elə 750 at qüvvəsi səviyyəsində qalacaq.

Xüsusən qeyd olunur ki, məsrəflərin ciddi tənzimlənməsi üçün əlavə sənədlər seriyası dərc olunacaq ki, komandalar “silahlanma yarışı”na girişməsinlər. İstehsalçılardan heç biri digərləri üzərində kəskin üstünlük əldə etməməlidir. Bunu yalnız maliyyə və insan resurslarına ciddi nəzarət etməklə nail olmaq olar.

Qeyd edək ki, KERS-in gücü artırılacaq – artıq 2013-cü ildən sistem 60 kVt deyil, 120 kVt (163 at qüvvəsi) artım verəcək. Gözlənildiyinə görə, gələcəkdə hibrid texnologiyalar Formula1-ə daha çox inteqrasiya olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*