Peres sprinti qazanmaq istəyir

Dünənki uğursuzluğu unutdurmağa çalışan meksikalı sürücü sprint yarışının sıralanma turunda ikinci yeri tutub.

F-1.az xəbər verir ki, Çeko bugünkü sprint yarışında komanda yoldaşı Maks Ferstappeni məğlub etmək istəyir.

Serxio Peres: “Yaxşı nəticədir, amma bu gün yenidən mübarizəni ilk sessiyada dayandırmağa yaxın idim! Təkərlərlə daha yaxşı işləyə bilərdik, amma əks halda hər şey qaydasındadır. Red Bull Rinqdə – ev trasımızda startda birinci sıranı zəbt etməyimiz çox xoşdur. Sprint üçün məqsədim nədir? Əlbəttə, qələbə qazanmaq. Bu, əla olardı”.

Son yarışlarda yaxşı nəticələrdən uzaq qalan və komanda yoldaşına xeyli uduzan Serxioda sprint qələbəsi ruh yüksəkliyi yarada bilər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*