M.Ferstappen: Bayram rejimi səbəb deyil

Red Bull komandasının sürücüsü Maks Ferstappen geridə qalma səbəblərini bayram rejimində görmür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü İtalitadakı sıralanma turunda Mercedes-dən təxminən 1 saniyə geridə qalaraq 5-ci yeri tutub.

Maks Ferstappen: “Bayram rejiminə görə geriləmədik. Məncə, bura qəribə trasdır. Çünki Montsada hamı bir-birinin hava kisəsində gedir. Normal trasa gedənə qədər gözləməliyik. Nəsə demək üçün tezdir.

Maksimum sürətdə Mercedes-ə uduzuruq. Ancaq tək çatışmayan tərəfimiz bu deyil. Balansımız pis idi. Boliddə asfaltla ilişmə çox azdır.

Mövsümə başlayanda Mercedes-lə mübarizə aparacağımızı güman edirdik. İndi isə McLaren və Racing Point-də də geridəyik. Bu, yaxşı hal deyil. Maşın keçənilkinə nisbətən geriləyib. Buraya üçüncü yer uğrunda mübarizə üçün gəlməmişəm”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*