Bazar günü Avstraliya Qran Prisinin startından əvvəl sükut dəqiqəsi elan olunacaq – bu barədə FİA, FOM və yarışın təşkilatçıları razılığa gəliblər. Bu yolla Formula1 son aylarda Yaponiyada, Avstraliyada və Yeni Zellandiyada baş verən fəlakətlərin qurbanlarının xatirəsini yad edəcəklər.
Bundan başqa bütün maşınlara dağıdıcı zəlzələdən sonra əziyyət çəkən yapon xalqını dəstəkləyən simvollar həkk olunmuş loqotiplər yapışdırılacaq. Hərçənd, bəzi komandalar, məsələn, Sauber və Ferrari, bu gündən belə simvollarla trasa çıxıblar…