19 Oktyabr 2019, Şənbə - 14:17

R.Braun FİA-dan izahat tələb edib

R.Braun FİA-dan izahat tələb edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:13 - 29 Mart, 2010

Mercedes GP komandasının başçısı Ross Braun FİA-ya müraciət edərək Red Bull maşınalrında idarə olunan asılqanların reqlamentə münasibliyi barədə izahat verməsini […]

Mercedes GP komandasının başçısı Ross Braun FİA-ya müraciət edərək Red Bull maşınalrında idarə olunan asılqanların reqlamentə münasibliyi barədə izahat verməsini xahiş edib. Bu sistemin mübahisəli olması barədə dünən şərhçi Ceyms Allen, səhər McLaren komandasının başçısı Martin Uitmarş danışıblar, amma Red Bull komandası reqlamentə zidd olan belə bir sistemdən istifadə olunmasını təkzib edib. Söz FİA-nındır…

Ross Braun: “Məncə, bu məsələ həqiqətən izahat tələb edir, çünki müəyyən şübhələr var. Mən bu şübhələri əsassız sayıram – onların maşınları həqiqətən sürətlidir və hələlik reqlamentin pozulması halları yoxdur. Sıralanma turu və yarış arasındakı vaxt ərzində təkərlərin təzyiqini dəyişmək olar – bu boş bakla və dolu bakla asılqanın hündürlüyü arasındakı fərqi kompensə etməyin ən asan yoludur, amma FİA-nın rəyini bilmək lazımdır.

Mən reqlamentin bu bəndini əzbər bilmirəm, amma biz sıralanma turundan sonra yarışa qədər maşında heç nəyi dəyişə bilmərik. Hətta icazə verilmiş yollarla amortizatorun təziyiqini dəyişmək olmaz. Məncə, biz Çarli Uaytinqdən izahat almalıyıq ki, şübhələrdən azad olaq.

Mən inanmıram ki, onlar qaydaları pozurlar. Axı çox şey konkret trasdan asılıdır. Bəzi avtodromlarda asılqanlar yüksək sazlanmalıdır, bəzilərində bu faktor ciddi məna kəsb etmir, amma elə traslar da var ki, sıralanma turu və yarışın sazlanmaları arasında kompromis tapmalısan.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər
Paylaş

logo