K.Kobayaşi Toyota ilə müqaviləsini uzadıb

GP2 seriyasının sürücüsü Kamui Kobayaşi bu gün Panasonic Toyota Racing komandası ilə müqaviləsini uzatdığını elan edib, o 2009-cu il mövsümündə […]

GP2 seriyasının sürücüsü Kamui Kobayaşi bu gün Panasonic Toyota Racing komandası ilə müqaviləsini uzatdığını elan edib, o 2009-cu il mövsümündə komandanın test və ehtiyat pilotu statusunda çıxıç edəcək…

Kamui Kobayaşi: “Mən komanda ilə əməkdaşlığımı davam etdirməyə çox şadam və səbirsizliklə TF109-un təkmilləşdirilməsinə başlamaq istəyirəm. Qarşıda məni daha bir maarqlı mövsüm gözləyir – mən yarışları xoşlayıram və GP2-də uğur qazanmaq istəyirəm ki, Formula1-də əsas sürücü müqaviləsinə ümid edim.

İndiyə kimi heç bir yapon sürücüsü Formula1-də qələbə qazanmayıb, mən bu qələbəni qazanmağı arzu edirəm. Mən bilirəm ki, bu qələbə ilə yaponlar fəxr eedəcəklər, amma yapon sürücünün Toyota-nın sükanı arxasında qələbəsi onu daha qiymətli edərdi! Mənim məqsədim hər mövsüm inkişaf edərək Formula1-də yer qazanmaqdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*