M.Brandl: Peresin tempi Ferstappeni təəccübləndirdi

Sabiq Formula1 sürücüsü Martin Brandl bildirib ki, Maks Ferstappenin mühəndisləri Peresin tempinə təccübləniblər.

F-1.az xatırladır ki, Maks yarışa 15-ci yerdən başlasa da, əksəriyyət düşünürdü ki, o 2022-ci ilin Belçika yarışındakı kimi gerilərdən yüksəlib, qələbə qazanacaq. Lakin elə olmadı. Peres gözəl performans göstərərək, Ciddədə qələbə qazanıb.

Martin Brandl: “Red Bull Ciddədə də dominantlığını göstərdi. Peresin tempi Ferstappenə isbətən daha yaxşı idi və yarışı qazandı.

Ferstappen son dövrədə sürətli dövrə vurub, əlavə 1 xal qazandı. Bu hal Peresi əsəbiləşdirdi, çünki ilk iki yeri asanlıqla qazandıqları yarışda Maksın mübarizə aparması təəccüblü idi. Üstəlik ikisində də problem var idi. Ferstappendə diyircəkli val, Peresdə isə əyləc pedalı problemləri var idi.

Ferstappenin komandası Peresin tempinə təəccübləndilər. Bəlkə də, sıralanma turundakı problemə görə narahat olublar. Bu il mövsümdə 15 yarış qələbəsini qırmaq yolunda maneə idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*