V.Petrov Lotus Renault-nun sürücüsüdür!

Lotus Renault komandası Vitaliy Petrovla ikiillik müqavilə bağlamasını təsdiq edib. Rusiyalı sürücü Formula1-də çıxışlarını və Erik Bulyenin komandası ilə əməkdaşlığını […]

Lotus Renault komandası Vitaliy Petrovla ikiillik müqavilə bağlamasını təsdiq edib. Rusiyalı sürücü Formula1-də çıxışlarını və Erik Bulyenin komandası ilə əməkdaşlığını davam etdirəcək…

Jerar Lopes, Lotus Renault GP-nin həmsahibi: “Biz şadıq ki, Vitaliy bizim komandada daha iki il qalacaq. Bu mövsüm Vitaliy bir neçə dəfə öz potensialını nümayiş etdirdi, indi isə özünü toplayıb bütün mövsüm boyu yaxşı nəticələr göstərmək lazımdır.

Qeyd edim ki, Vitaliy və bizim komanda sayəsində Formula1 Rusiyaya gələcək, son vaxtlar biz bu ölkə ilə və ölkənin böyük şirkətləri ilə sıx əlaqələr qurmuşuq. Biz ümid edirik ki, bu əməkdaşlığı davam etdirəcəyik.”

Erik Bulye, Lotus Renault GP-nin başçısı: “Biz Vitaliyin komandada daha iki qalmasına şadıq. Son aylar biz gərgin işləyirdik ki, komandanın rəqabətədavamlılığını artıraq və sürücülər heyətində stabillik bizim məqsədlərə uyğundur. Robert Kubitsa həm sürət sarıdan, həm də stabillik cəhətdən əla nümunədir və biz ümid edirik ki, gələn il Vitaliy bu yüksək səviyyəyə çox yaxınlaşacaq.”

Vitaliy Petrov, Lotus Renault GP-nin sürücüsü: “Mən komanda ilə əməkdaşlığı davam etdirmiyə şadam, arxada qalan mövsümdə mən çox şey öyrəndim, traslarla tanış oldum, maşını daha yaxşı başa düşdüm. Bu gələn il mənə kömək edəcək. Komandada mən çox rahatdır və mən əminəm ki, gələn il yaxşı nəticələr göstərə biləcəm. Bu il mənim tədris ilim idi, amma gələn il məndən konkret nəticələr gözləyirlər. Bu gün mən hiss edirəm ki, yeni şağırışa hazıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*