13 Noyabr 2019, Çərşənbə - 03:07

Mercedes-dən son 3 ilin çempion statistikası

Mercedes-dən son 3 ilin çempion statistikası

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:53 - 24 Dekabr, 2016

Bu il Mercedes AMG komandası Formula1-də ardıcıl 3-cü dəfə hər iki titulu qazanıb.

“Gümüşü oxlar” hibrid güc qurğuları erasının ilk 3 ilini zəfərlə başa vurublar. Niko və Lyuis bu 3 ildə 51 qələbə qazanaraq 2169 xal toplayıblar. Komandanın mətbuat xidməti bu gün maraqlı bir statistika yayıb – F-1.az həmin statistikanı nəzərinizə çatdırır…

Nailiyyət2014-cü il2015-ci il2016-cı ilÜmumi
Qələbələr16161951
Podiumlar31323396
Poullar18182056
İlk cərgədən startlar30333598
Sürətli dövrələr1213934
Qələbə dublu1112831
Xallar7017037652169

 

Nico Rosberg

 

NİKO ROSBERQ

Bu il Niko uşaqlıq arzusunu reallaşdıraraq dünya çempionu olub. Titula aparan yolda Niko 9 qələbə qazanıb və ən çox sürətli dövrəyə imza atıb. Bundan başqa…

– tarixdə 3-cü dəfə titulun taleyi Əbu Dabidə həll olunub

– Niko və onun atası Keke – Formula1-də çıxış edən 13-cü ata və oğuldurlar

– Niko və onun atası Keke – Formula1-də dünya çempionu olan 2-ci ata və oğuldurlar (Qrəhəm və Deymon Hilldən sonra)

– Niko atası Kekedən 34 il sonra titul qazanıb

– Niko və onun atası Keke 6 nömrəli maşının sükanı arxasında çempion olublar

– Niko Formula1-də 3-cü almaniyalı çempiondur (Mixael Şumaxer və Sebastyan Fetteldən sonra)

– Niko və onun atası Keke fərqli ölkələri təmsil ediblər, Almaniya və Finlandiyanı. Hər iki ölkədən 3 dünya çempionu çıxıb və hər iki ölkədə Rosberq soyadlı çempion yetişib

– Niko bu il qət etdiyi 1268 dövrədən 957-də (75%) ilk üçlükdə olub

– keçənilki Meksika Qran Prisindən builki Rusiya Qran Prisinədək Niko ardıcıl 7 qələbə qazanıb

– mövsümdən mövsümə Niko qələbələrinin sayını artırıb: 2012-ci ildə bir, 2013-cü ildə iki, 2014-cü ildə beş, 2015-ci ildə altı və 2016-cı ildə doqquz

Niko Rosberq2014-cü il2015-ci il2016-cı ilÜmumi
Qələbələr56920
Podiumlar15151646
Poullar117826
İlk cərgədən startlar15152050
Sürətli dövrələr55616
Xallar3173223851024
Çempionatda mövqe221

 

Lewis Hamilton

 

LYUİS HƏMİLTON

Lyuisə het-trik etməyə – ardıcıl 3-cü titulunu qazanmağa çox az xal çatmayıb. Mercedes-də iki ardıcıl uğurlu mövsümdən sonra Lyuis komanda yoldaşı Niko Rosberqə uduzub. Amma buna baxmayaraq, Lyuis bu mövsümü də uğurlu saya bilər – hamıdan çox qələbə (10) və poul (12) qazanıb, yarışlarda hamıdan çox liderlik edib (566 dövrə) və bir neçə şəxsi rekorda imza atıb. Özünüz baxın:

– Lyuis Formula1-də artıq 188 yarış keçirib – bütün yarışlara Mercedes motoru ilə çıxıb

– Lyuisin hazırda aktivində 53 qələbə var – bu göstərici üzrə Lyuis yalnız Mixael Şumaxerə (91) uduzur

– Lyuis 24 müxtəlif trasda podiumun zirvəsinə qalxıb – bu mütləq rekorddur

– Lyuis poulların sayını 61-ə çatdırıb – bu göstərici üzrə Mixael Şumaxer (68) və Ayrton Sennaya (65) çatmağa çox az qalıb

– Lyuis artıq 10 het-trik (poul, qələbə və sürətli dövrə) edib, onlardan ikisində (2014-cü ilin Malayziya və 2015-ci ilin İtaliya yarışlarında) startdan finişədək liderlik etməklə “Böyük Dəbilqə” qazanıb

– Lyuis 104 dəfə podiuma yüksəlib – bu göstərici üzrə Alen Prost (106) və Mixael Şumaxerə (155) uduzur. Bu podiumların təxminən yarısını (50) son üç ildə qazanıb

– Lyuis 105 dəfə ilk cərgədən start alıb: son üç ildə 48 dəfə bunu edib

– Lyusin hesabında 2247 xal var və onların yarıdan çoxunu (1145) “gümüşü oxlar”ın heyətində son 3 ildə qazanıb

– Lyuis keçən il yağış təkərlərində hamıdan çox – 523 km məsafə qət edib

– Lyuis karyerasında liderlik etdiyi məsafəni 14989 km-ə çatdırıb və yalnız Mixael Şumaxerə uduzur (24144 km)

Lyuis Həmilton2014-cü il2015-ci il2016-cı ilÜmumi
Qələbələr11101031
Podiumlar16171750
Poullar7111230
İlk cərgədən startlar15181548
Sürətli dövrələr78318
Xallar3843813801145
Çempionatda mövqe112

 

Mercedes AMG Petronas F1 Team

 

MERCEDES AMG PETRONAS F1 TEAM

Formula1-in 2014-cü ildə hibrid güc qurğusuna keçməsindən sonra “gümüşü oxlar” bir çox rekordları təzələyiblər. Arxada qoyduğumuz mövsüm isə “tort üzərindəki albalı” olub: tarixin ən uzun mövsümü komanda üçün çox uğurlu alınıb. Rəqiblərinin fərqi azaltmasına baxmayaraq, almanlar 21 yarışdan 19-da qələbə qazanıblar – fantastik nəticədir. Bəs aşağıdakı maraqlı statistikadan xəbəriniz var?

– Niko Rosberq “gümüşü oxlar”ın heyətində çempion olmuş 3-cü sürücüdür – 1954-55-ci illərdə Xuan Manuel Fanxio və 2014-15-ci illərdə Lyuis Həmilton çempion olmuşdular

– Mercedes son 3 ildə baş tutmuş 59 yarışdan 51-də qələbə qazanıb

– Mercedes-in 51 qələbəsindən 31-də komanda dubl edib

– Mercedes komandası McLaren, Ferrari və Red Bull-dan sonra çempionatda ardıcıl 3 titul qazanan dördüncü komanda olub

– Mercedes sürücüləri son 3 ildə 363113 döngə keçməklə 22495 dövrə vurubar və 112682.728 kilometr məsafə qət ediblər: bu zaman ötürmələrin dəyişməsi milyondan çox olub

– Lyuis Həmiltonun Əbu Dabidə qazandığı qələbə Mercedes motorları üçün 150-ci qələbə olub: bir daha xatırladaq ki, 51 qələbə son 3 ildə qazanılıb

– Mercedes sürücülərini son mövsümdə cəmi 7 dəfə ötə biliblər: Niko Rosberq 4 dəfə, Lyuis Həmilton isə 3 dəfə rəqiblərinə uduzub

Statistika2014-cü il2015-ci il2016-cı ilÜmumi
ŞassiF1 W05 HybridF1 W06 HybridF1 W07 Hybrid
Güc qurğusuPU106A HybridPU106B HybridPU106C Hybrid
Yarışların sayı19192159
Məsafə, dövrələr72177205807322495
Məsafə, km36867.31335256.54640558.869112682.728
Ötürmələrin sayı3470723332383892391069549
Döngələrin sayı116432113681133000363113

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 653
Teqlər , , ,
Paylaş

logo