L.Sarcent: F1 ABŞ-də populyarlıq qazanacaq

F-1.az xatırladır ki, gələn il Birləşmiş Ştatlar 3 şəhərdə - Mayami, Ostin və Las Veqasda yarışlara ev sahibliyi edəcək.

L.Sarcent: “Deyəsən F1 artıq NASCAR və İndycar qədər böyük auditoriyaya malikdir. Statistikanı bilmədən nəyisə əsaslandırmaq çətindir. Amma deyəsən çempionat ABŞ-də məşhurdur və bu yaxşı haldır.

Aydındır ki, Formula1-i həqiqətən sevməyən bir neçə xüsusi IndyCar və NASCAR azarkeşi var. Ancaq inanıram ki, seriyanın necə inkişaf etdiyini nəzərə alsaq, o, tezliklə Amerikada ən populyar yarışlardan biri olacaq”.