T.Qos: “Əsas mühərrikdir”

McLaren komandasının texniki direktoru Tim Qos bildirib ki, mühərrik onlar üçün çox vacibdir.

F-1.az xatırladır ki, McLaren komandası son 3 ildə Honda mühərriyi ilə yarışmış və ən yaxşı nəticəsi 5-ci yer olmuşdu.

Tim Qos: “Dizayn cəhətdən bəzi qərarlar almaq lazım idi. Bəzi şeyləri dəyişdirdik. Eyni təməldə davam edə bilərik. Mövsüm ərzində bolidi təkmilləşdirməyə davam edəcəyik. İki cür mühərrik konsepti var: mühərriyin ön tərəfində kompressor, arxa tərəfində turbin və V yatağında MGU-H olan Mercedes və Honda mühərrikləri, arxa tərəfində turbin və MGU-H olan Ferrari və Renault mühərrikləri. Renault-nun texnologiyası hesabına mühərriyi önə çəkə biləcəyik. Bunları edərkən mühərriyin arxasında kompressor olacaq və qazburaxma sisteminin borularını bolidin paketlənməsi təsir etmədən irəli apara biləcəyik.

Şassinin arxa tərəfini yenidən yığmalı idik. Ötürmələr qutusunun olduğu bölgəni, arxa asılqanları və soyutma sistemini də yenidən yığdıq. Bunları düzgün etmək üçün çox işlədik. Əslində buna hazır idik. Bilirdik ki, belə halla qarşılaşacağıq. İşçilər qısa müddət ərzində böyük işlər gördülər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*