Yaponiya Qran Prisi: FİA-dan son start düzümü

Dünən bir neçə sürücünün cərimə olunmasından sonra ekspertlər start düzümünün müxtəlif variantlarını irəli sürmüşdülər, FİA isə start düzümünün dərcini səhərə […]

Dünən bir neçə sürücünün cərimə olunmasından sonra ekspertlər start düzümünün müxtəlif variantlarını irəli sürmüşdülər, FİA isə start düzümünün dərcini səhərə saxlamışdı. Bu gün səhər məlum olub ki, ekspertlərdən heç biri düzgün variant söyləyə bilməyib…

Stüardlar əsas olaraq cərimənin törədilmə zamanını və buna uyğun cərimənin tətbiq edilmə ardıcıllığını götürüblər, ona görə də sürücülərin hamısının beş yer itirməklə cərimə olunmalarına baxmayaraq, onlar müxtəlif sayda yerlər itirəcəklər. Rubens Barrikellonun bəxti ən çox gətirib – o cəmi bir yer itirəcək…

Sürücülərin start düzümü (qazandıqlar və ya itirdikləri yerlər):
1. S.Fettel (Red Bull) (-)
2. Y.Trulli (Toyota) (-)
3. L.Həmilton (McLaren) (-)
4. N.Haydfeld (BMW Sauber) (+2)
5. K.Rəykkönen (Ferrari) (+3)
6. R.Barrikello (Brawn GP) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb (-1)
7. N.Rosberq (Williams) (+4)
8. A.Sutil (Force İndia) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb (-4)
9. R.Kubitsa (BMW Sauber) (+4)
10. C.Batton (Brawn GP) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb (-3)
11. H.Kovalaynen (McLaren) + 5 yer, ötürmələr qutusu dəyişdirilib (-2)
12. X.Algersuari (Toro Rosso) (+3)
13. S.Buemi (Toro Rosso) + 5 yer, nasaz maşınla trasda hərəkət edib (-3)
14. C.Fizikella (Ferrari) (+2)
15. K.Nakacima (Williams) (+2)
16. F.Alonso (Renault) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb (+4)
17. R.Qrojan (Renault) (+1)
18. V.Liutsi (Force İndia) + 5 yer, ötürmələr qutusu dəyişdirilib (+1)
19. M.Uebber (Red Bull) pit-leyndən start
20. T.Qlok (Toyota) start almayacaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*