H.Marko: Sürücülər nəyi necə deyəcəklərini bilirlər

Sürücülərə əvvəlcədən icazə alınmadan öz siyasi mövqelərini açıq şəkildə ifadə etməyi və yarışlar ərəfəsində müvafiq bəyanatlar verməyi qadağan edən yenilənmiş FIA Beynəlxalq İdman Məcəlləsinin müzakirələri davam edir.

F-1.az xəbər verir ki, Red Bull-un məsləhətçisi Helmut Marko belə bir yeniliyi dəstəkləməyənlər arasındadır.

Helmut Marko: “Bu, açıq-aydın səhv qərardır. Sürücülər dünya ictimaiyyətinin diqqət mərkəzində olmağın məsuliyyətini dərk edir və nəyi necə deyəcəklərini bilirlər. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəs öz fikrini bildirə bilər”.

Bundan əlavə, Marko Səudiyyə Ərəbistanının dövlət investisiya fondunun Formula1-in səhmlərini almaq istəyi ilə bağlı məlumatı şərh edib: “Düşünürəm ki, çempionata nəzarət mədəni baxımdan daha onkişaf etmiş bir ölkədə olsa yaxşıdır. Formula1 tamamilə fərqlidir. Təbii ki, söhbət kommersiya təklifindən gedir, lakin sövdələşmənin, belə demək mümkünsə, normal korporativ standartlara cavab verən biri ilə bağlanacağı ehtimalı daha çoxdur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*