Y.Tsunoda cərimələnib

AlphaTauri komandasının sürücüsü Yuki Tsunoda rəqibi Lyuis Həmiltonu blokladığı üçün yarışın startında 3 yer itirəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü Niderlanddakı Sıralanma Turunun ikinci sessiyasında sürətli dövrəyə hazırlanarkən, Tsunoda tərəfindən bloklanmış və yekunda 13-cü olmuşdu.

Yaponiyalı sürücü yekunda 14-cü olsa da, stüardlar onun bu hərəkətinə görə startda 3 yer itirmək cəzası veriblər. Beləliklə, 23 yaşlı pilot startda Niko Hülkenberq, Quanyu Çjou və Esteban Okonun gerisinə düşüb.

Stüardlar cərimə barədə bunları deyiblər: “Tsunoda 13-cü döngənin çıxışında quru yarış trayektoriyasında sürətli dövrəyə hazırlaşırdı və buna görə Həmiltonu blokladı.

Tsunoda açıqlamasında dedi ki, başqa maşın tərəfindən keçilib və öndəki maşınla fərq qoymaq üçün yavaşlayıb. Stüardlar düşünür ki, Yuki trayektoriyadan çəkilə bilərdi və bu əngəlləmə yersiz idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*