11 Noyabr 2019, Bazar ertəsi - 23:24

A.Elbon F2 ilə F1-i müqayisə edib

A.Elbon F2 ilə F1-i müqayisə edib

Müəllif: Rauf Hacıyev, redaktor

12:05 - 28 Mart, 2019

Toro Rosso komandasının sürücüsü Aleksander Elbon bildirib ki, Formula1 yarışlarında Formula2-yə nisbətən limitdə sürmək olur.

F-1.az xatırladır ki, gənc sürücü keçən il Formula2 çempionatında üçüncü olaraq Formula1-ə yüksəlib.

Aleksander Elbon: “Buradakı sürüş tərzi məni təəccübləndirdi. Formula2-də təkərləri qorumaq üçün tam güclə sürmürdük. Potensialımızın 90 faizini göstərirdik. Formula1-də isə bu göstərici 95 faizdir. Rəqibi izləmək pisdir. F2-də mübarizə aparmaq çətindir və təkərləriniz qızdığı üçün iki dövrədən çox mübarizə aparmaq olmur.

F1-də isə rəqibi izləmək gözlədiyimdən asandır. Bu, yeni reqlamentə görə belə olsa da, ötmə etmək çətindir. Melburn buna gözəl misaldır. Rəqiblə mübarizə apararkən təkərə nəzarət etmək çətinləşir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər , ,
Paylaş

logo