Dəyişikliklər cüzidir. Birinci döngədən əvvəlki hissədə qabarlar aradan qaldırılıb, səkkizinci döngədə porebrik daha maili edilib, 11-ci döngənin apeksində və 12-ci döngədən çıxışda isə pit-leyndən çıxanlar üçün mavi xətt çəkilib. Bir neçə yeni işıq paneli də quraşdırılıb.
Niderland trasında ötmə rejimi üçün bir zona var. Bu zonanın deteksiya nöqtəsi 13-cü döngədən on metr əvvəl yerləşir. Deteksiya nöqtəsində rəqibinin maşınından bir saniyə məsafəsində olan sürücü, 14-cü döngəyə girişdən 45 metr sonra əlavə 0.5 MJ elektrik enerjisi alaraq ötmə rejimini aktivləşdirə biləcək.
Aktiv aerodinamikadan iki Straight Mode (SM) zonasında istifadə etmək olar.
Quru trasda birinci SM zonası 14-cü döngədən 20 metr sonra başlayır (yağışda – 80 metr sonra).
Quru trasda ikinci SM zonası 10-cu döngədən 50 metr sonra başlayır (yağışda – 120 metr sonra).





