07 Dekabr 2019, Şənbə - 11:04

X.R.Karabante şərti cəza alıb

X.R.Karabante şərti cəza alıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:25 - 20 İyun, 2011

Hispania komandasın sahibi Xose Ramon Karabante çoxdan məhkəmə çəkişmələrindədir, hərçənd, bu vəziyyət ispaniyalı biznesmenə heç də mane olmur. Bu dəfə, […]

Hispania komandasın sahibi Xose Ramon Karabante çoxdan məhkəmə çəkişmələrindədir, hərçənd, bu vəziyyət ispaniyalı biznesmenə heç də mane olmur. Bu dəfə, Marca qəzetinin bildirdiyinə görə, Xose keçən əsrin sonunda topraq sahələri ilə fırıldaqçılıq etdiyinə görə üç ay azadlıqdan mərhum edilib. Seuta əyalətinin məhkəməsi onu müqəssir hesab etsə də, məhkəmədə iştirak edən iki dostuna bəraət qazandırıb.

Düzdür, Xose də dəmir barmaqlıqlar arasına düşməyəcək. Məhkəmə qərara alıb ki, üçaylıq azadlıqdan mərhumetmə cəzasını 450 Avro cərimə və yerli seçkilərdə namizədliyini irəli sürməməsi şərti ilə əvəzləsin. Buna səbəb isə Karabantenin ilkin mərhələdə ədliyyə nümayəndələri ilə əməkdaşlığı və hadisə zamanı haqqı tapdalanan şəxslərin pullarının tam qaytarılması olub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 280
Teqlər
Paylaş

logo