L.Həmilton: “Gözəl maşın sürətli olmağa borcludur.”

Sual: Çempion titulu sizi dəyişib? Lyuis Həmilton: Mən sadəcə daha təcrübəli sürücü olmuşam, 2008-ci ildə mən kişiləşdim, həm də yalnız […]

Sual: Çempion titulu sizi dəyişib?
Lyuis Həmilton:
Mən sadəcə daha təcrübəli sürücü olmuşam, 2008-ci ildə mən kişiləşdim, həm də yalnız yarışlarda deyil – mənim ətraf mühitə, ailəmə, həyata münasibətim də dəyişib. Mən böyük məsuliyyət hiss edirəm, bilirəm ki, yaxşı nümunə göstərməliyəm və təcrübəli olmalıyam, çünki vəziyyətə nəzarəti əlimdə saxlamalıyam. Mən hələ də öyrənirəm, amma mümkün hər bir şeyi edirəm.

Sual: Qışı necə keçirmisiniz?
Lyuis Həmilton:
Qış tətilində mən adətən tam dincəlirəm. Son mövsüm olduqca aöır oldu, həm mənəvi, həm də fiziki cəhətdən – yarış və testlərin sıx qrafiki rahatlanmağa imkan vermirdi, çünki optimal formada olmalı idim. Qışda mən maşından dincəldim, məşq edirim, yeni mövsümə hazırlaşırdım və özümü bütün münasibətlərdə qış testlərinə və yeni mövsümə hazır hesab edirəm.

Sual: Yeni maşın barədə nə düşünürsünüz?
Lyuis Həmilton:
Mən hələ trasda onunla işləməmişəm, amma köhnə atalar sözü var ki, gözəl maşın sürətli olmağa borcludur. Hələlik yalnız bunu deyə bilərəm, amma ümid edirəm ki, bu prinsip doğru olacaq – MP4-24 çox gözəl görünür.

Sual: Yeni mövsümün hansı aspektini siz səbirsizliklə gözləyirsiniz?
Lyuis Həmilton:
Reqlamentdəki belə ciddi dəyişikliklər həmişə sürücülər üçün maraqlıdır. Qış testlərinin təqvimi bəllidir, biz həmişə yeni maşının təkmilləşdirilməsində sıx iştirak edirik, bu il qrafik lap gərgindir. Bu da maraqlı təcrübə olacaq, ümid edirəm ki, ekspertlərin mülahizələri özünü doğruldacaq, bu isə həm sürücülərə, həm də azarkeşlərə yaxşı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*