N.Hauq Mikə görə sevinir

Mercedes Motorsport-un sabiq rəhbəri Norbert Hauq bildirib ki, Mik Şumaxer-in Mercedes-ə gəlməsi doğru qərardır.

F-1.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ilin sonunda Haas-dan göndərilmiş və işsiz qalmışdı. Lakin Mercedes onu üçüncü sürücü kimi transfer edib.

Norbert Hauq: “Məncə, bu Mik üçün yaxşı şansdır. Mercedes komandaya almaniyalı sürücü gətirməklə düzgün addım atdı. Mik ona verilən istəklə yerinə yetirsə, hər şey mümkündür. Mən buna güman edirəm.

Ən yaxşılarla işləmək fürsətini dəyərləndirəcək. Hər şey yaxşı getsə, Mik üçün hər şey mümkündür. Amma hər şeydən əvvəl başını aşağı əyməli, az danışmalı və çox işləməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*