Williams yeni rəng çalarını təqdim edib

Williams komandası 2020-ci ildə yarışacağı rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Britaniya təmsilçisi keçən ay titul sponsoru ROKiT ilə yollarını ayırmışdı. Bundan sonra komanda rəng çalarını dəyişəcəyini bildirmişdi.

Nəhayət ki, bu gün yeni rəng çaları təqdim edilib. Boliddəki qırmızı rəng tamamilə ləğv olunub. Ağ, qara və mavi rənglər üstünlük təşkil edir. Nikolas Latifinin atası Maykl Latifiyə aid olan Sofina şirkətinin loqotipləri artıq daha yaxşı seçilir. Acronis şirkətinin də loqotipləri böyüdülüb.

Arxa qanadın ön tərəfində Williams yazısını görürük, ancaq başqa sponsor tapılacağı halda, o hissədəki yazı dəyişdirilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*