19 Yanvar 2019, Şənbə - 12:26

Williams-da heyət dəyişikliyi: P.Maldonado və V.Bottas

Williams-da heyət dəyişikliyi: P.Maldonado və V.Bottas

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:13 - 01 Dekabr, 2012

Bu gün Williams komandası elan edib ki, gələn il onun heyətində Pastor Maldonado və 2010-cu ildən test və ehtiyat sürücü […]

Bu gün Williams komandası elan edib ki, gələn il onun heyətində Pastor Maldonado və 2010-cu ildən test və ehtiyat sürücü vəzifəsini icra edən Valtteri Bottas çıxış edəcəklər.

Pastor artıq komandada üçüncü mövsümünü keçirəcək, gənc finlandiyalı sürücünü isə Formula1-də debüt gözləyir, amma bu il Bottas mütəmadi olaraq cümə sərbəst yürüşlərinə cəlb olunub…

Pastor Maldonado: “Williams-da çıxış etmək mənə çox xoşdur və əlbəttə, mənbu elanı eşitdikdə çox şad oldum. Arxada qalan mövsüm mənim üşün əlamətdar oldu, Barselonada qələbə qazandım və bizim sürətimiz bu il çox artdı. Mən komandaya inanıram və ümid edirəm ki, gələn il biz daha çox uğur qazanacayıq.”

Valtteri Bottas: “Formula1-də çıxış etmək mənim uşaqlıq arzumdur. Əfsanəvi komandalardan birinin heyətində debüt etmək daha xoşdur. Williams-la keçirdiyim son 3 il məni çox sevindirib, komanda mənim evimə çevrilib və mənim məqsədim komandanın əsas heyətinə düşmək idi.

Mən Formula1 karyeramın başlanmasını səbirsizliklə gözləyirəm və Williams-la böyük uğurlar qazanmaq istəyirəm.”

Ser Frənk Uilyams: “Pastor və Valtteri iki istedadlı sürücüdür və mən 2013-cü ildə onlardan böyük uğur gözləyirəm.

Pastor həmişə yüksək sürət nümayiş etdirib, bu il daha peşəkar sürücüyə çevrilib. Valtteri rast gəldiyim ən parlaq gənc sürücülərdən biridir və biz ondan çox şey gözləyirik.

Eyni zamanda Bruno Sennaya təşəkkür etmək istəyirəm, gələcək karyerasında ona uğurlar arzulayıram.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 192
Teqlər
Paylaş

logo