T.Fernandes və D.Hant qarşılıqlı iddia qaldırıblar

Britaniya məhkəməsi öz adlarında Lotus adından istifadə edən iki komandanın mübahisəsini araşdırmağa hazırlaşır. Formal olaraq Lotus Renault GP komandası avtomobil […]

Britaniya məhkəməsi öz adlarında Lotus adından istifadə edən iki komandanın mübahisəsini araşdırmağa hazırlaşır. Formal olaraq Lotus Renault GP komandası avtomobil brendini təmsil edir, Team Lotus isə bu adı Dəvid Hantdan alıb.

Amma deyəsən, Team Lotus-u yeni problemlər gözləyir – The Telegraph qəzetinin verdiyi məlumata görə, komandanın sahibi Toni Fernandes və Dəvid Hant arasında konflikt əmələ gəlib: Hant iddia edir ki, Fernandes razılaşmanın şərtlərinə və ödəmə müddətlərinə əməl etmir, Fernandes isə vəkillərinə tapşırıb ki, Dəvidə qarşı böhtan iddiası qaldırsınlar.

Dəvid Hant: “1995-ci ildə komandanın bağlanması məsələ ortaya çıxanda, mən əməkdaşlara və azarkeşlərə müraciət etdim və vəd etdim ki, nə vaxtsa komandanı etibarlı əllərə verəcəm. Bu yaxınlarda Toni Fernandes və onun işgüzar tərəfdaşları mənə etibarlı göründülər, amma sonra onlar bizim razılaşmanın şərtlərini pozdular. Bütün bu müddət ərzində mən məhkəməyə hazırlaşırdım, böyük iş görmüşəm, amma Fernandes gözlənilmədən bizim razılaşmaya yenidən baxmaq qərarına gəlib.

Mən sadəcə bir şey istəyirəm – Toni öz vədinə və bizim razılaşmaya əməl etməlidir. Əgər belə olmasa, əməkdaşlığın davam etdirilməsinə səbəb görmürəm.”

Team Lotus komandasının müayəndələri hələlik məsələyə şərh verməyiblər, amma əgər Dəvid Hant Fernandesi məhkəmədə dəstəkləməkdən imtina edərsə, onda komanda adını itirə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*